ÇEVİRİ

“Youtube”- da azərbaycanlıların payı açıqlandı


"Global Stats" statistik mərkəzinin hesablamalarına görə, son bir ayda Azərbaycanda "Youtube" sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, "Facebook" və "Twitter" sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.

Xəbərlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, ölkəmizdə "Youtube" sosial şəbəkəsinin payı 90 faizədək artaraq sosial media bazarının 28,52 faizini təşkil edib.

İstifadəçi marağına görə ikinci yeri 64,77 faiz bazar payı ilə "Facebook" sosial şəbəkəsi tutub.

Üçüncü yerdə 2,31 faiz bazar payı ilə "Odnoklassniki" sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə azalma müşahidə olunur.
"Twitter" şəbəkəsinin Azərbaycanda bazar payı 1,58 faiz təşkil edib.

Hiç yorum yok:

Yorum Gönder