ÇEVİRİ

Sevil-Sevincin "torbasını Tolik tikdi"? - AÇIQLAMA



Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişindən gedən Sevil-Sevinc bacıları açıqlama verib.

Bacılar onların yerinə aparıcı qismində prodüser Tolikin təyin edilməsi xəbərindən danışıb. Onlar "Haqqınızda belə bir şayiə gəzir ki, Sevil Sevincin "torbasını Tolik" tikdi". Bu xəbərə münasibətiniz necədir?" sualına belə cavab verib:

"Zarafat deyil. 4 ildir verilişin aparıcılarıyıq. Və bu verilişin də layihə rəhbəri Tolik olub. Sevinirik ki, bizim yerimizə məhz Tolik gəldi. Tolikin bu məsələyə heç bir aidiyyatı yoxdur. 4 il az müddət deyil. Bizim yaxşı, pis günlərimizin ünvanı idi ora. Bu gün də həmin yeri doğma insanına qoyub gediriksə arxayın olub gedirik. Bilirik ki, veriliş yaxşıya doğru ucalacaq".


1 yorum: