ÇEVİRİ

650 minlik avtomobil hansı məmurundur? - Onu maaşla almaq üçün 416 il işləmək lazımdır - FOTO

"Fabrik dəyəri 103 illik orta aylıq əmək haqqına bərabər olan avtomobil kimə məxsusdur?"

Qubad İbadoğlu öz şəxsi səhifəsində yazıb. 
İqtisadçı öz şəxsi səhifəsində yerli icra hakimiyyəti başçılarının birinə məxsus olduğu iddia edilən avtomobilin fotoşəklini paylaşaraq qeyd edib ki, şəkildə gördüyünüz super avtomobilin modeli Mercedes–Benz S Class olsa da Brabus şirkəti tərəfindən xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir:



"Sahibinin və ya istifadəçisinin kim olmasını bilmirəm. Bilən varsa yazsın maraqlı olardı. Yalnız onu deyə bilərəm ki, nömrə nişanına görə bu xidməti avtomobil Azərbaycan Respublikasının icra hakimiyyətinə məxsusdur və Bakıda dövlət qeydiyyatından keçib. Onu da əlavə edim ki, avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır. Bu avtomobilin yalnız fabrik satış qiymətini ödəmək üçün hazırkı məzənnə və orta aylıq əmək haqqı ilə ən azı 103 il, minimum əmək haqqı ilə 416 il işləmək lazımdır. Yeri gəlmişkən onu da qeyd edim ki, istismar müddəti 1 ildən az olan belə avtomobilin gömrük rəsmiləşdirilməsi üçün büdcəyə 287 min 695 manat 72 qəpik aksiz və əlavə dəyər vergisi də daxil olmaqla cəmi gömrük rüsumları ödənilməlidir. Görəsən bu maşını idxalı zamanı büdcəyə ödəniş olubmu?".

Hiç yorum yok:

Yorum Gönder